Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Binəqədidə evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Baxılıb: 736     Tarix: 01-06-2026 16:20   

Paytaxtın Binəqədi rayonunda evlərdən birindən 6000 dollar nağd pul naməlum şəraitdə oğurlanıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 51 yaşlı G.İsgəndərov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun taladığı evdə bir müddət usta kimi çalışdığı da məlum olub.

Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə iki marketdən spirtli içki, tütün məmulatı və digər məhsulları oğurlamaqda şübhəli bilinən 48 yaşlı R.Hüseynov və 21 yaşlı A.Abbaslı da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalar aparılır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar