Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar? - Video

Baxılıb: 8512     Tarix: 09-06-2026 08:21   

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo”nun xəbərinə görə, paylaşılan məlumatlarda bildirilir ki, sözügedən hadisə bağçaya təyin olunmuş müdir əvəzinin göstərişi ilə baş verib.

Bağçanın müdir əvəzi Vəsilə Bayramova iddiaların əsassız olduğunu bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra bütün məqamlar aydınlaşacaq

“Görüntüləri görmüşük və orada səsləndirilən iddiaların hamısı yalandır. Kadrlarda görünənlər ərzaq deyil, tullantı məhsullarıdır”, – deyə o bildirib.

Valideynlərdən biri də bağçada uşaqların qidalanmasından razı qaldığını deyib: “Qidalanma hər gün çəkilir və qruplarda paylaşılır. Son vaxtlar təyin olunan müdir əvəzi Vəsilə xanım bağçada bir çox yeniliklər həyata keçirib. O, işinə və uşaqlara böyük həvəslə yanaşır. Kadrlara diqqətlə baxanda da görünür ki, orada daşınan hər hansı ərzaq məhsulu yoxdur. Bunlar, sadəcə, tullantı məhsullarıdır”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 198 nömrəli körpələr evi-uşaq bağçasında ərzaq məhsullarının mənimsənilməsi ilə bağlı yayılan iddialar araşdırılır.

Daha ətraflı “Baku TV”nin süjetində:

Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar