Xəbər lenti
26/07/2026 [12:33]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

18 il axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı

Baxılıb: 7312     Tarix: 10-06-2026 12:27   

Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburqda 18 il axtarışda olan azərbaycanlı Yusif Əliyevi saxlayıblar.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Baş İdarəsindəki mənbəyə istinadən məlumat yayıb.

54 yaşlı şəxs 2008-ci ildən bir neçə maddə, o cümlədən iki və daha çox şəxsin öldürülməsi maddəsi ilə beynəlxalq axtarışda olub.

Ona qarşı həmçinin cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq ittihamı irəli sürülüb. Bu maddə üzrə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Saxlanılmadan sonra istintaqın suallarını cavablandıran Yusif Əliyev bu müddətdə gizlənmədiyini, sadəcə Belarusda yaşadığını deyib.

Qeyd edək ki, Yusif Əliyev 2009-cu ilin martında hədə-qorxu ilə tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılıb. Saxlanılmadan qısa müddət sonra hüquq-mühafizə orqanları Yusif Əliyevi azadlığa buraxıb, o isə qaçıb gizlənib.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar