Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı

Baxılıb: 8114     Tarix: 13-06-2026 12:50   

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə keçirdikləri növbəti tədbir zamanı qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxsi aşkar ediblər.

Qanunvehedef.az xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, Bakı şəhər sakini, 57 yaşlı N.Əliyev Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində, Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olub.

Yoxlama zamanı ondan 2 ədəd tilovlu qarmaq, balıq tutmaq üçün sintetik tor, "Yamaha-25" markalı mühərriklə təchiz edilmiş qayıq, həmçinin ümumi çəkisi 31 kiloqram olan 35 ədəd kütüm balığı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar