Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Evlərdən 50 minlik oğurluq edən şəxslər saxlanıldı

Baxılıb: 8421     Tarix: 24-06-2026 11:40   

Xaçmazda evlərdən və hoteldən oğurluq edən şəxslər saxlanılıblar.

Qanunvehedef.az xəbər verir ki, Xaçmaz RPŞ-nin keçirdiyi tədbirlərlə rayonda evlərdən oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Calal Səfərəliyev və tanışı 29 yaşlı Çingiz Məmmədov saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər daxil olduqları mənzillərdən zinət əşyaları, saatlar və elektron avadanlıqlar oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 50 min manata yaxın maddi ziyan vurublar.

Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə Xaçmaz rayonu ərazisində yerləşən hotellərin birindən və evlərdən oğurluq etməkdə şübhəli bilinən 42 yaşlı Rəşad Kərimov da saxlanılıb. Onun daxil olduğu məkanlardan 2 ədəd mobil telefon, nağd pul və plastik kartlar oğurladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.




Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar