Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı

Baxılıb: 8720     Tarix: 01-07-2026 13:25   

“Qurtuluş” Reabilitasiya Mərkəzinin qanunsuz azadlıqdan məhrumetmə cinayətində ittiham olunan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşının məhkəmə araşdırması başa çatıb.

Qanunvehedef.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinfə keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Ceyhun Salmanov, Elşən Məhərrəmov və Natiq Əliyev verilmiş ittihamlarla təqsirli biliniblər.

Onlara 3 il 6 aya kimi azadlıqdan məhrum etmə cəzası təyin edilib. Lakin hər birinin cəzası şərti hesab edilib.

Üçü də məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə daha əvvəl adam oğurluğu və əzab vermə maddələri ilə də ittiham verilmişdi. Lakin yekunda prokurorun qərarı ilə həmin ittihamlara xitam verilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar