Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Su polisi vətəndaşın şikayətini araşdırır

Baxılıb: 9616     Tarix: 15-07-2026 11:36   

Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə vətəndaşların səs-küy salmaları, ərazini çirkləndirmələri, suda batma halları artıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə vətəndaş R.Rzayev Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinə müraciət edib.

Vətəndaşın sözlərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğular verilib, nəticədə əraziyə lövhələr qoyulub. Lakin sonradan naməlum şəxslər tərəfindən sökülərək götürülüb. Sonradan isə təkrar olaraq həmin əraziyə lövhələr qoyulub.

Hazırda şikayətlə bağlı müvafiq orqanlara sorğular verilib, təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, rəsmi qurumlar tərəfindən vətəndaşlara qadağan olunmuş ərazilərdə çimməmələri tövsiyə edilir.

Qanunvehedef.az




Son xəbərlər
{sape_links}{sape_article}