Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi

Baxılıb: 10138     Tarix: 16-07-2026 10:47   

İran hakimiyyəti casusluqda ittiham olunan ABŞ vətəndaşı Dena Karariyə ölkə ərazisini tərk etməyə icazə verib.

Qaanunvehede.az xəbər verir ki, bu barədə onun vəkili Cared Genser “X” hesabında məlumat yayıb.

“Məmnunluqla bildirmək istəyirəm ki, 2024-cü ilin dekabrından etibarən saxta ittihamlar səbəbindən İranı tərk edə bilməyən müvəkkilim Dena Karari artıq azaddır”, - paylaşımda deyilir.

Genser həmçinin Kararinin ABŞ-yə qayıtdığını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp İranın bu addımını “xoşməramlılıq jesti” adlandırıb və buna görə İran tərəfinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Karari İranda “casusluq və düşmən dövlətlə əməkdaşlıq” ittihamı ilə saxlanılırdı. Onun həm ABŞ, həm də İran vətəndaşı olduğu bildirilir.


Qaanunvehede.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar