Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu

Baxılıb: 9820     Tarix: 22-07-2026 10:34   

Rusiyanın Nijni-Novqorod şəhərində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək üçün istifadə olunan pişik təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidməti (FSIN) məlumat yayıb.

Bildirilib ki, “tüklü kuryer”in boynuna əl işi olan iki parça boyunbağı bağlanıb. Məhbuslar üçün nəzərdə tutulduğu bildirilən qadağan olunmuş maddələr həmin boyunbağıların içərisində gizlədilib.

Həbsxana əməkdaşları pişiyi müəssisənin ərazisinə daxil olmamışdan əvvəl aşkar ediblər. Hadisə yerinə çağırılan təhlükəsizlik əməkdaşları və xidməti it boyunbağılara baxış keçirib və onların içərisində narkotik maddələrin olduğunu müəyyən ediblər.

Rəsmi qurumun məlumatına görə, pişik müayinədən keçirildikdən sonra ona heç bir zərər dəymədən sərbəst buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar