Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanıldı

Baxılıb: 9415     Tarix: 30-07-2026 10:34   

Türkiyənin paytaxtı Ankarada Etimesqut Bələdiyyəsinə qarşı keçirilən korrupsiya əməliyyatı çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb.

Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Etimesqut Bələdiyyəsində aparılıb.

Beşikçioğlunun hansı ittihamlarla saxlanıldığı və istintaqın digər təfərrüatı ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Qeyd edək ki, 56 yaşlı Erdal Beşikçioğlu uzun illər aktyor və teatr rejissoru kimi fəaliyyət göstərib, Türkiyə Dövlət Teatrlarında müxtəlif vəzifələrdə çalışıb.

Beşikçioğlu xüsusilə televiziya və teatr layihələrindəki rolları ilə tanınıb. O, 2015-ci ildə Ankara Dövlət Teatrından təqaüdə çıxıb.

Beşikçioğlu siyasətə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi daxil olub. 2024-cü il martın 31-də keçirilən yerli seçkilərdə CHP-nin Etimesqut bələdiyyə sədri namizədi olaraq seçkiyə qatılıb və qalib gəlib.

O, aprelin 4-də seçki vəsiqəsini aldıqdan sonra Etimesqut bələdiyyə sədri vəzifəsinin icrasına başlayıb.


Qanunvehedef.az

 
 




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar