Əsli Kazımova: “TDƏŞ ölkələri arasında birlik və bərabərlik çərçivəsində qarşılıqlı yardımlaşma strategiyasının həyata keçirilməsi zərurəti var”
Baxılıb: 1 560 Tarix: 13-04-2020 12:53
“Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən zirvə görüşü tarihi hadisə idi”. Bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə fövqəladə zirvə görüşünün keçirilməsi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşünün baş tutması tarixi hadisə kimi dəyərləndirilməlidir: “Bildiyimiz kimi, Cənab Prezident İlham Əliyevin sədrliyi ilə baş tutan zirvə görüşü Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan prezidentləri, Macarıstanın baş naziri, TDƏŞ-in baş katibi və Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun iştirakı ilə keçirilib. Zirvə görüşünün əsas mövzusunun Covid-19 pandemiyası ilə mübarizə olduğunu nəzərə alaraq, hər bir iştirakçı ölkə epidemiya ilə bağlı gördükləri önləyici tədbirlərdən bəhs edib və ölkələr tərəfindən yekun bəyanat qəbul edilib. Təbii ki, Azərbaycan tərəfi də, Covid-19 pandemiyasının ölkəmizdə həyata keçirilən önləyici tədbirləri ilə bağlı məlumat verib. Hesab edirəm ki, zirvə görüşündə Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə pandemiyaya qarşı tətbiq olunan məqsədyönlü, çevik və zəruri mübarizə strategiyasını, yüksək qiymətləndirməsi təqdirə layiq haldır.
Qeyd etmək istəyirəm ki, bu gün Covid-19 pandemiyası ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr çox çətin bir dönəmdən keçir. İndiyə qədər belə olmamışdı. Düşünün, bütün Türk dövlətləri arasında sərhədlər bağlandı, diplomatik, iqtisadi, mədəni, turistik əlaqələr kəsildi. Belə bir şəraitdə dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə fövqəladə zirvə görüşünün baş tutması əslində tarixi hadisədir. Cənab Prezident İlham Əliyevin düşünülmüş siyasi kursu və beynəlxalq nüfuzu sayəsində Azərbaycan dünyada, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında uğurlu inkişaf tempi və yüksək inteqrasiyaya malik dövlət kimi tanınır. Dünya ölkələrində vüsət alan Covid-19 pandemiyası ilə əlaqədar bir çox dövlətlərin xarici və daxili siyasətində balansı qorumaq qeyri mümkünsüz hala gəlib. Covid-19 pandemiyasının səbəb olduğu vəziyyətdə bir çox ölkələr arasında ticari və iqtisadi əlaqələr pozulsa da, TDƏŞ ölkələri arasında birlik və bərabərlik çərçivəsində qarşılıqlı yardımlaşma strategiyasının həyata keçirilməsi zərurəti var. Belə olduğu halda, Cənab Prezident İlham Əliyev Azərbaycanın sədr ölkə olduğunu nəzərə alaraq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi təklifini irəli sürdü. Təklif şuraya üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olundu və bir neçə gün sonra Cənab Prezidentin təşəbbüsü ilə zirvə görüşü baş tutdu. Hesab edirəm, bu birmənalı olaraq, Türk Şurasının dostluq və qardaşlıq prinsiplərinə xidmət etdiyini nümayiş etdirməklə yanaşı, eyni zamanda İlham Əliyevin dünya ölkələri arasında nüfuzu və siyasi çəkisinin göstəricisiydi”.
Ən çox oxunanlar
Son xəbərlər