İcra başçısının həbsi ilə bağlı ilk münasibət - Video
Baxılıb: 935 Tarix: 29-04-2020 15:48
Kasıb bir rayonda bir icra başçısının bu addımları atması təəssüf doğurur.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Musavat.com-un canlı yayımında Biləsuvar RİH başçısının həbs olunması barədə xəbərlərə münasibət bildirərkən deyib.
O deyib ki, bir başçının kasıb insanların yardımlarına, onların müavinətinə göz dikməsi dəhşətlidir.
F.Mustafa DTX-nın bu əməliyyatını təqdir edib və vurğulayıb ki, digər şəxslərin – onun müavinlərinin və yaxud rayon Mərkəzi Xəstəxanasının baş həkiminin də həbsinin səbəbi icra başçısıdır:
“Biz müşahidə edirik ki, hansı rayonda icra başçısı təmiz, vicdanla, şəffaf işləyirsə, ətrafı və o rayondakı digər məmurlar da şəffaf işləyir. Amma icra başçısı müavinlərindən və yaxud rayonun səlahiyyətlərindən rüşvət tələb edirsə, digərlərini də dolayısı ilə bu cinayətə təhrik etmiş olur. Yəni icra başçısından çox şey asılıdır”.
Ən çox oxunanlar
Son xəbərlər