Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Biz bir yumruq, bir ürək olmaqda qərarlıyıq" - Hulusi Akar

Baxılıb: 834     Tarix: 11-02-2021 15:38   

Türkiyə və Azərbaycan qardaş ölkələrdir.
Qanunvehedef.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Qars şəhərində keçirilən "Qış təlimi-2021"-in yekun mərhələsində deyib.
Nazir çıxışında bildirib ki, bunun təkcə sözdə olmadığını Qarabağdakı 44 günlük müharibə göstərdi.
"Minsk qrupu 30 ildə heç bir iş görmədi. Düşmən yeni hücumlara başladı, Azərbaycan yetər artıq deyib, öz torpaqlarını işğaldan azad etdi və bu mübarizəni zəfərlə taclandırdı. Azərbaycanlı qardaşlarımız güvən və rifah içində həyatlarını davam etdirəcəklər. Biz bir millət, iki dövlət, bir yumruq, bir ürək olmaqda qərarlıyıq. Hər zaman Azərbaycanın yanında olduq, bundan sonra da olacağımızı bütün dünyanın bilməsi lazımdır".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar