Ərdoğan Çavuşoğluya Azərbaycan haqqında hansı tapşırığı vermişdi?
Baxılıb: 526 Tarix: 05-02-2024 11:08
Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu REAL TV-yə müsahibə verib.
Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycanın Türkiyəyə, Türkiyənin də Azərbaycana təşəkkür etməsinə gərək yoxdur, çünki biz bir millətik.
"Bir millət olduğumuz üçün də bir-birimizin haqqını müdafiə etməliyik. Doğrunun haqqını qorumaq Türk millətinin təbiətində var, ona görə də haqlı olan digər millətləri də müdafiə edirik. Siyasətə gəldiyim ilk gündən mənim üçün bir tərəfdən Türkiyənin, digər tərəfdən Türk dünyasının mənfəəti əsasdır. O cümlədən Azərbaycanın da mənim könlümdə, qəlbimdə özəl bir yeri var".
M.Çavuşoğlu AŞPA-ya gedəndə Ərdoğanın ona dediyi bir sözü açıqlayıb: "İlk AŞPA-ya getdiyimiz gün sayın Prezidentimiz bizə belə bir tapşırıq verdi. Türkiyənin haqqını hüququnu müdafiə edin, amma Azərbaycanı da tək buraxmayın, onun da haqq-hüququnu müdafiə edin"./Qaynarinfo.az
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər