Xəbər lenti
26/07/2024 [10:31]
Bu ərazidə qaz olmayacaq
Arxiv
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Sinan Oğandan Azərbaycan Prezidenti ilə bağlı paylaşım

Baxılıb: 701     Tarix: 08-02-2024 11:18   

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Qanunvehedef.az xəbər verir ki, siyasətçi bu barədə “X” hesabında paylaşım edib.
“Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələrək yenidən Prezident seçilən cənab İlham Əliyevi təbrik edirəm. 30 illik işğaldan sonra azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri də daxil olmaqla bütün Azərbaycan ərazisində keçirilən bu seçkinin nəticələrinin Azərbaycandakı qardaşlarımıza və bütün türk dünyasına xeyir-dua gətirməsini diləyirəm”, - deyə S. Oğan bildirib.
Qeyd edək ki, Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) eks-sədri, sabiq prezidentliyə namizəd Kamal Kılıçdaroğlu da Prezident İlham Əliyevi təbrik edib.
“Azərbaycanda keçirilən seçkilərdə yenidən Prezident seçilən cənab İlham Əliyevi təbrik edir, bu nəticənin Azərbaycan və regionumuz üçün xeyirli olmasını arzulayır, dost və qardaş ölkə olan can Azərbaycan xalqına sevgi və hörmətimi çatdırıram.
Ulu öndərimiz Qazi Mustafa Kamal Atatürkün vurğuladığı kimi, Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”, - deyə siyasətçinin  “X” hesabındakı paylaşımda deyilir.


Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar