Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Zurabişvili İlham Əliyevi təbrik etdi

Baxılıb: 649     Tarix: 12-02-2024 15:38   

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qanunvehedef.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqının firavanlığı istiqamətində yorulmaz fəaliyyətinizdə Sizə səmimi-qəlbdən davamlı uğurlar və qələbələr arzulayıram.
Mən qəti şəkildə inanıram ki, birgə səylərimizlə biz qardaş ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq münasibətlərini, strateji tərəfdaşlığı yeni zirvələrə yüksəldəcəyik. Bu, şübhəsiz ki, həm Gürcüstanın, həm də Azərbaycanın regionda sabitliyin və inkişafın möhkəmləndirilməsində rolunu daha da gücləndirəcəkdir.
Zati-aliləri, Sizə bir daha ən dərin ehtiramımı bildirir, fəaliyyətinizdə davamlı uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh və rifah diləyirəm”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar