Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Tanınmış həkim Aydın Əliyev işdən çıxarıldı

Baxılıb: 592     Tarix: 13-03-2024 12:47   

Tanınmış radioloq həkim Aydın Əliyev İstanbul Hospitalındakı işindən çıxarılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə həkim öz sosial şəbəkə hesabında paylaşım edib.
O, işdən azad olunmasının qanuni əsası olmadığını açıqlayıb: “Təhdiddənmi, qorxudanmı, bilmirəm, İstanbul klinikasının rəhbərliyi məni bu gün (dünən) işdən çıxardı. “Sabahdan işə gəlmə” dedilər. İnsanı işdən çıxarmaq bu qədər asandırmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?”
Məsələ ilə əlaqədar İstanbul Hospitalla əlaqə saxladıq. Tibb müəssisəsindən həkimin işdən çıxdığını təsdiqləsələr də, öz xahişi ilə azad olunduğunu bildirdilər: “Aydın Əliyev işdən öz ərizəsi ilə çıxıb, rəhbərlik tərəfindən çıxarılmayıb”.
Qeyd edək ki, radioloq Aydın Əliyev 2021-ci ildən İstanbul Hospitalda baş həkim kimi fəaliyyət göstərirdi. O, bir neçə gün əvvəl saxlanılan tanınmış hüquqşünas Ələsgər Məmmədlinin qaynıdır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar