Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Azərbaycan və İran Prezidentləri Xudafərində görüşəcək

Baxılıb: 575     Tarix: 15-03-2024 10:55   

Novruz bayramına qədər Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edəcəklər.
Qaynarinfo xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Baku TV-yə açıqlamasında bildirib.
"Ümid edirəm ki, hazırlıq işləri üçün iki ölkənin energetika nazirləri tezliklə görüşəcəklər. Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi sərhəddə hər iki prezidentin iştirakı ilə baş tutacaq", - deyə diplomat əlavə edib.
Səfir həmçinin qeyd edib ki, Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlər davam edir.
Xatırladaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov dünən Araz çayı üzərində inşa olunan "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının (SES) tikintisi layihəsi üzrə görülən işlərin gedişatı ilə tanış olub. O, özünün sosial media hesabında yazıb ki, "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının tikinti işləri 96% yekunlaşıb.
Dünən məlumat yayılıb ki, iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədi ilə Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin iyul ayında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişi təsdiq edib. Sazişə əsasən Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir.
Araz çayı üzərindəki "Xudafərin" SES-in ümumi gücü 200 MVt, "Qız Qalası" SES-in ümumi gücü isə 80 MVt-dır. Ümumilikdə hər iki su elektrik stansiyasının Azərbaycan tərəfinə düşən payı 140 MVt təşkil edir və stansiyalarda ildə toplam 716 milyon kVt·st (358 milyon kVt·st Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır.
Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi işləri başa çatdırılmışdır. Su elektrik stansiyalarının tikintisinin və hidroqovşaqların istismara verilməsi üçün digər işlərin görülməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar