Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Fazil Mustafa: “Bu universitet Bakıda yox, regionda tikilsin”

Baxılıb: 1 407     Tarix: 05-04-2024 11:56   
 
“Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda yox, regionda tikilsin”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Azərbaycanda bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılmasına ciddi ehtiyac var. Türkiyə-Azərbaycan Universitetinin Bakıda tikilməsi planlaşdırılır. Təklif edirəm ki, bu bina Bakıda yox, regionda tikilsin. Ümumiyyətlə, təhsil ocaqlarını yavaş-yavaş regionlara yaymaq lazımdır.
Hesab edirəm ki, biz bu universiteti yaradarkən, bunu qardaş ölkə ilə universitet yaratmaq xatirinə etməməliyik. Həmin təhsil ocağı Türkiyə-Azərbaycan Texniki Universiteti olsun. Daha peşəkar və prestijli universitetlər yaratmaqla, Azərbaycan təhsilinin gələcəyinə töhfə verə bilərik”, - deyə deputat vurğulayıb.

Əbdülqəni Hüseynov
Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar