Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Baxılıb: 545     Tarix: 18-04-2024 12:23   

Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiyanın yeni daxili işlər naziri ola biləcəyi iddia edilir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiyanın “WellNews” portalı məlumat yayıb.
Bildirilir ki, Vladimir Putinin yenidən prezident seçilməsindən sonra ölkənin Nazirlər Kabinetində ənənəvi kadr yenilənməsi gözlənilir.
Hazırda ölkədə hansı nazirin öz vəzifəsində qalacağı, hansı nazirin isə istefaya göndəriləcəyi məsələsi əsas müzakirə mövzularından biridir.
Portal yazır ki, müzakirə olunan nazirlər arasında ölkənin hazırkı daxili işlər naziri Vladimir Kolokoltsev də var və martda “Crocus City Hall”da baş verən terror aktından sonra onun nüfuzu bir qədər sarsılıb.
Ekspertlər tərəfindən hazırda Kolokoltsevi vəzifəsində əvəz edə biləcək əsas 3 namizədin adı hallanır ki, onlar arasında Ramzan Kadırov da var.
Digər iki namizəd isə 2012-ci ildən hazırkı nazirin müavini Arkadiy Qostev və Rusiya prezidentinin köməkçisi, Yaroslavl vilayətinin keçmiş rəhbəri Dmitri Mironovdur.
Bununla belə portal vurğulayıb ki, sözügedən məsələ bilavasitə olaraq ölkənin dövlət başçısının səlahiyyətində olduğundan, ekspertlər rəsmi olaraq namizədlərlə bağlı proqnoz vermirlər.
Fotoda Vladimir Kolokoltsev

 
Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar