Xəbər lenti
Arxiv
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Deputat Razi Nurullayev: “Az qala, 90 faiz əhali heç ərizə yaza bilmir”

Baxılıb: 1 299     Tarix: 24-05-2024 14:33   

“Xüsusən rayon və kəndlərdə hüquqi savadsızlıq tüğyan edir”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında deyib.
Deputat qeyd edib ki, az qala, 90 faiz əhali nəinki adi hüquqi prosedurları, heç ərizə yaza bilmir: “Onun üçün də Komitəyə bu vəzifəni həyata keçirmək üçün əlavə vəsait nəzərdə tutulsun”.
Deputat Hikmət Babaoğlu isə cavab olaraq bildirib ki, deyilən fikirlə razı deyil: “Mən belə şeyləri qəbul etmirəm. Qeyd edildi ki, Azərbaycan qadınlarının 90 %-i heç ərizə yaza bilmir. Azərbaycan qadınları folklorun bütün janrlarında, qoşma, gəraylı, şeir və s. hansı formada deyirsiniz nümunələr yaradıb. Necə yəni 90 % yazı yaza bilmir?! Azərbaycanda yazıb oxumaq 100 %-dir. Maşallah bütün qadınlarımız yazmağı da, oxumağı da bilirlər”.

Əbdülqəni Hüseynov
Qanunvehedef.az
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar