Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

117 saylı tam orta məktəbin evdə təhsil alan şagirdləri üçün "Məktəbdə bir gün" layihəsi həyata keçirildi

Baxılıb: 1 721     Tarix: 27-05-2024 12:20   
     
Paytaxtın Xəzər rayonunda yerləşən şəhid Sabir Abbasov adına 117 nömrəli tam orta məktəbin evdə təhsil alan şagirdləri üçün "Məktəbdə bir gün" layihəsi həyata keçirilib.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirin keçirilməsində məqsəd evdə təhsil alan şagirdləri məktəb mühiti, məktəbin laboratoriya avadanlıqları ilə tanış etmək, onların sosial mühitə adaptasiyasına kömək etmək, fiziki qüsurlarının həyatda uğur qazanmalarına maneə olmadığına inandırmaq olmuşdur. Məktəbə valideynləri ilə birlikdə dəvət olunan şagirdlərimiz məktəbdə yaradılan sərgi və guşələrlə, həmçinin laboratoriya avadanlıqları ilə tanış olmuşlar.
Şagirdlərimiz üçün azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Nuranə tərəfindən təşkil olunan tədbir himnimizin səslənməsi və Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlamışdır. 5x, 8f, 9x sinif şagirdlərinin ifasında rəqslər, səhnəciklər nümayiş olunmuşdur. Məktəbimizi keçən tədris ilində bitirən məzunumuz paraolimpiyaçı, ağırlıqqaldırma üzrə dünya çempionu, əlil arabasında rəqs üzrə bir çox müsabiqələrin mükafatçısı Rəsul Zəkiyev çıxış edərək uğura gedən yolda heç bir əngəl tanımamasından, əzmkarlıqla qarşısına qoyduğu məqsədlərə nail olmasından söz açmışdır.
Tədbirin sonunda təşkil olunan əyləncə şagirdlərin böyük sevincinə səbəb olmuşdur.

Əbdülqəni Hüseynov
 

 
     

  
шаблоны для dle 11.2



Ən çox oxunanlar