Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Respublikaçılıq missiyası uğurla davam etdirili

Baxılıb: 601     Tarix: 27-05-2024 12:11   

“1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Şərqdə müsəlman və Türk dünyasının ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan etməklə xalqımızın müstəqillik əzmini nümayiş etdirirdi. İmperiya əsarətindən azad olmaq uğrunda Məmməd Əmin Rəsulzadənin liderliyi ilə Azərbaycan ziyalıları tərəfindən aparılan mücadilə xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanan yeni demokratik parlament respublikasının yaradılması ilə nəticələndi”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət atributlarını təsdiq etdikdən dərhal sonra bütün ölkə vətəndaşlarına eyni hüquqlar verməklə imperiya dövründə mövcud olmuş irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv etdi. Kişilərlə bərabər 18 yaşına çatmış qadınlara da səs hüququnun tanınması isə həmin dövrdə nəinki Şərqdə, bütövlükdə Avrasiyada ən yüksək demokratiya örnəyi idi:
“Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti qısa dövr ərzində çox böyük işlər görə bildi. Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Yeni respublikanın beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin möhkəmləndirilməsində əsaslı rol oynadı”.
“Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin və daha məsuliyyətli bir vəzifədir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən daxili münaqişələr yaradırdı, digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn ulu öndər dövlətimizin və dövlətçiliyimizin qorunub saxlanılmasında əvəzsiz rol oynadı. 1993-2003-cü illərdə Heydər Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycan cəbhə bölgəsində atəşkəsə nail oldu, uzun illər ərzində ölkədə davam edən iqtisadi tənəzzülün qarşısı alındı və “Əsrin müqaviləsi” ilə yeni sabitlik və davamlı inkişaf dövrünə qədəm qoydu.
Ulu öndərin hakimiyyəti illərində Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı və Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi illərində ölkəmiz dünyada miqyasında nüfuzlu bir dövlətə çevrildi. 2020-ci ilin Vətən müharibəsi müstəqilliyimizin bərpası illərində işğala məruz qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Azərbaycan bu gün dünyada müstəqil siyasət yürüdən azsaylı dövlətlərdən biri kimi dünya miqyaslı siyasi proseslərdə öz dəst-xəttini nümayiş etdirir və milli maraqlara əsaslanan mövqeyini uğurla müdafiə edir. Bu gün beynəlxalq siyasətdə özünəməxsus yeri və rolu olan Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi azadlıq və müstəqillik ideallarını yaşatmaqda davam edir”, - deputat bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar