Putin Bakının sabiq dostunu hakimiyyətə gətirir – Kritik PLAN
Baxılıb: 724 Tarix: 28-05-2024 10:21
Ukraynanın Rusiya ilə müharibədə ərazi itkiləri ilə üzləşməsi ölkədə hakimiyyət dəyişikliyi ssenarisini aktuallaşdırıb. İddia edilir ki, Zelenskinin yerinə ən real namizəd Ukraynanın keçmiş prezidenti Vikor Yanukoviçdir.
Maraqlıdır, bu baş verərsə, Ukraynanı xilas etmək mümkün olacaqmı?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, Ukrayna ilə bağlı son vaxtlar bu qəbildən məlumatlar tez-tez paylaşılır:
"Ukraynanın yayda Qərb və Rusiya arasında bölüşdürülməsi ilə bağlı Cenevredə müzakirə aparılacağı deyilir. Bunlar cəmiyyətə psixoloji baxımdan sızdırılan informasiyalardır. Nəbz yoxlayır, insanları Ukraynanın bölüşdürülməsinə öyrəşdirməyə çalışırlar. Lakin Yanukoviçin hakimiyyətə gəlməsinə Ukrayna xalqının səs verəcəyini düşünmürəm. Ukrayna hələ müharibə ağrılarından əziyyət çəkir. Yanukoviç də Rusiyanın namizədi kimi göründüyü üçün ona səs verməyəcəklər".
Politoloqun fikrincə, Ukrayna bölüşdürüləcəyi halda Rusiyaya düşən hissədə Yanukoviçin prezident seçilməsi istisna edilmir:
"Rusiyanın apardığı "xüsusi əməliyyatın" məqsədi ən pis halda Ukraynanın bölüşdürülməsidir. Hətta Ukraynanın göstərdiyi mübarizə hesabına Rusiya əldə etdiyi ərazilərlə belə danışıqlar masasına oturmağa hazırdır. Rusiya Prezidenti Vladimir Putin Çinə səfər etməmişdən əvvəl Xarkov şəhərini tam ələ keçirməyə çalışırdı. Lakin sözügedən səfərdən sonra belə bir niyyətinin olmadığı ilə bağlı açıqlamalar verdi. Görünür, pərdəarxasında gedən danışıqlarda Çinin də rolu var".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər