Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəzər Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Baxılıb: 1 331     Tarix: 12-06-2024 11:18   
 
Xəzər Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov və təşkilatın sədr müavini, Qala qəsəbəsi Ağsaqqallar Şurasının sədri Balaəli Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq, ölkəmizin hər bir bölgəsində olduğu kimi,  Xəzər rayonunda da böyük hörmət və nüfuz sahibi olan ağsaqqalların xidmətlərindən bəhs edib. Ulu Öndərimiz Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların rayonun ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən də Xəzər rayonunda həyata keçirilən inkişaf prosesindən  ətraflı söz açan natiq  rayona və sakinlərə göstərdiyi qayğıya görə dövlət başçısına dərin minnətdarlığını bildirib. Vurğulayıb ki, bu yüksək diqqətin nəticəsi olaraq rayonun 4 sakini “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib. Sonra Elşən Salahov ağsaqqalların gələcəkdə də ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verəcəklərinə əmin olduğunu bildirərək, konfransın işinə uğurlar arzulayıb.
Xəzər rayonu Şağan qəsəbəsinin Ağsaqqallar Şurasının sədri, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirib ki,
ötən dövr ərzində təşkilat üzvləri aktual mövzularda bir sıra yığıncaqlar, görüşlər, tədbirlər keçiriblər,  gənclərlə maarifləndirici işlər aparıblar. Şəhidlərin anım mərasimlərində yaxından iştirak edərək, onların ailələrinə, qazilərə maddi və mənəvi dəstək olublar. Bayram və əlamətdar günlərdə aztəminatlı ailələrə ərzaq yardımları edən ağsaqqallar rayonda ailə-məişət və digər problemlərin həlli istiqamətində də öz səylərini əsirgəməyiblər.  “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə yaxından iştirak edən Xəzər Rayon Ağsaqqallar Şurasının üzvləri növbədənkənar prezident seçkilərində  öz fəallıqları ilə seçilərək təbliğat və təşviqat kampaniyasında qalib xalqın qalib Lideri cənab İlham Əliyevi hərtərəfli dəstəkləyiblər. Natiq, həmçinin, vurğulayıb ki, rayon ağsaqqalları bundan sonra öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.
Sonra çıxış edən Xəzər rayonu  Mərdəkan qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Altay Mansurov və digər natiqlər rayon ağsaqqallarının fəaliyyətindən bəhs ediblər. Vurğulayıblar ki, ağsaqqallar hər zaman olduğu kimi, hazırda da xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini verirlər. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycan tərəqqisi naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Onları qarşıdan gələn Qurban bayramı və Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Bildirib ki, Xəzər rayonu, onun əhalisi daim dövlətimizə və dövlətçiliyimizə sədaqətləri seçiliblər, Ulu Öndər Heydər Əliyevi və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi hər zaman dəstəkləyiblər. Sonra  natiq Azərbaycan Ağsaqqallar Şurasının son illərdəki fəaliyyətindən bəhs edərək vurğulayıb ki, ağsaqqalların cəmiyyətdəki nüfuzu nəzərə alınaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə 2020-ci ilin sentyabrında Şuranın növbədənkənar VIII qurultayı keçirilərək təşkilat yenidən formalaşdırılıb. Hazırda öz məhsuladar fəaliyyətini uğurla davam etdirən Şuranın 77 rayon və şəhər təşkilatı, 35 min üzvü vardır.
Əhliman Əmiraslanov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbədən, hər birimizə başucalığı gətirən möhtəşəm Zəfərdən də bir daha qürurla söz açıb. Vurğulayıb ki, hazırda işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq işləri  həyata keçirilir, Qarabağımız canlanır, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdırlar. Çox sevindirici haldır ki, dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdikləri yüksək səylər sayəsində hazırda Qarabağımızla yanaşı, Vətənimizin hər bir guşəsi gündən-günə daha da gözəlləşir və inkişaf edir. Dövlət başçısının uğurlu daxili və xarici siyasətinin nəticəsində Qazaxın 4 kəndinin qaytarılmasından və digər nailiyyətlərdən də bəhs edən Əhliman Əmiraslanov bildirib ki, ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-un bir neçə ay sonra Bakıda keçirilməsi Azərbaycanın dünya ölkələri arasında böyük nüfuza sahib olduğunu bir daha sübut edir. Xəzər Rayon Ağsaqqallar Şurasının həyata keçirdiyi işləri yüksək qiymətləndirən natiq Rövşən Salahovun sədrliyi ilə təşkilatın öz fəaliyyətini bundan sonra da aktiv şəkildə davam etdirəcəyinə əminliyini ifadə edib və hər kəsə uğurlar arzulayıb.

Əbdülqəni Hüseynov


   






Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar