Sabir Rüstəmxanlı:Mən çox xahiş edərdim ki, nazirlik Agentliyin işini yoxlasın.
Baxılıb: 1 195 Tarix: 14-06-2024 12:47
“Dünən Neftçala rayonunda vətəndaşlarla görüşdə olmuşam. DOST Agentliyin işi ilə bağlı müəyyən müraciətlər var. Mən çox xahiş edərdim ki, nazirlik Agentliyin işini yoxlasın”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deyib.
Deputat vurğulayıb ki, dövlətin çox böyük qayğı ilə ayırdığı vəsaitlər bəzi xırda məmurların əliəyriliyi nəticəsində ünvanlara kifayət qədər gedib çatmır:
“Mən görülən işlərin hamısına kölgə sala bilmərəm. Sosial müdafiə sahəsində çox böyük işlər görürsünüz. Amma konkret şikayətlər varsa, xahiş edirəm bu, yoxlanılsın. Köhnə kartların müəyyən adamların cibində fırlanması məsələləri görünür ki, hələ də davam edir”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputata cavab olaraq bildirib ki, məsələ mütləq araşdırılacaq:
“Sabir müəllim biz məsələni mütləq araşdıracağıq. Sadəcə məlumat üçün bildirim ki, Neftçalada DOST Agentliyi yoxdur. Böyük ehtimalla bu, haqqı ödənilən ictimai işlərlə bağlıdır. Haqqı ödənilən ictimai işlər yerli icra hakimiyyəti orqanlarına təhkim edilən işçilərlə bağlıdır. Bunun DOST Agentliyinin fəaliyyəti ilə əlaqəsi yoxdur. Bildirdiyiniz faktı araşdıracağıq, sadəcə mən bu açıqlamanı vermək istədim ki, DOST Agentliyi haqqında yanlış fikir formalaşmasın”.
Əbdülqəni Hüseynov
Ən çox oxunanlar
Son xəbərlər