Xəbər lenti
Arxiv
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Şağan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Baxılıb: 1 215     Tarix: 14-06-2024 13:08   

Xəzər rayonu Şağan qəsəbəsidə, Şağan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şağan bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
    Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkəmizin bütün bölgələrində, o cümlədən, Xəzər rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd edib.
    Sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov səyyar görüşdə iştirak edən sakinlərin müraciətlərini dinləyib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
    Səyyar görüşdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şağan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub, həmçinin qəsəbə sakinlərini narahat edən problemlərinin yerində öyrənilməsi məqsədilə əraziyə baxış keçirib və müraciətləri dinləyib.

Əbdülqəni Hüseynov














Qanunvehedef.azшаблоны для dle 11.2