Xəzər rayonu 117 nömrəli tam orta məktəbində təntənəli “Son zəng” tədbiri keçirildi
Baxılıb: 1 416 Tarix: 15-06-2024 10:32
İyunun 14-də Bakı şəhəri Xəzər rayonu S.Abbasov adına 117 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Qanunvehedef.az Xalq.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Vələddin Nurəddinov bu günün XI sinif şagirdlərinin həyatında qürurverici günlərdən biri olduğunu deyib. Direktor vurğulayıb ki, “Son zəng” gününü qalib, qüdrətli Azərbaycan Respublikasının vətəndaşları kimi qeyd edirik. V.Nurəddinov məzunlara uğurlar arzulayıb və müstəqil həyatda yollarının açıq olmasını diləyib.
Daha sonra çıxış edən qonaqlar ADA Universitinin professoru Samir Rüstəmov, Xəzər RİH-nin əməkdaşı Çərkəz Tanrıverdiyev, və Xəzər RİH-nin Binə qəsəbəsi üzrə nümayəndəsi Ərəstun Əlisoy “Son zəng” münasibətilə bütün məzunları təbrik ediblər. Çıxışlar zamanı vurğulanıb ki, məzunlar öz həyatlarında yeni bir mərhələyə qədəm qoyurlar.
Daha sonra valideynlər, XI və I siniflərin şagirdləri çıxış ediblər.
Tədbir bədii hissə ilə davam etdirilib və ənənəvi olaraq “Son zəng” çalınıb.
Qeyd edək ki, məktəbin 11 sinif şagirdləri Hüseynov Elman və Xanəhmədli Aydan Respublika fənn olimpiadasının qalibi olaraq,buraxılış imtahanlarında yüksək nəticə əldə etdiklərinə görə onlara xüsusi nümünəli attestat və qızıl medal təqdim olunacaq.
Əbdülqəni Hüseynov
Ən çox oxunanlar
Son xəbərlər