Prezident İlham Əliyev fərman imzaladı
Baxılıb: 357 Tarix: 27-06-2024 14:21
Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1169-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Qanunvehedef.az fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarının təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1169-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 iyun tarixli 81 nömrəli Fərmanı) 2.1-2-ci bəndində ikinci halda “üçüncü” sözü “dördüncü” sözü ilə əvəz edilsin.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər