Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“Ekoloji tarazlığın qorunması və bərpası” mövzusunda elmi-praktiki konfrans keçirilib

Baxılıb: 1 411     Tarix: 28-06-2024 12:40   
 
 Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Xəzər rayonunda silsilə tədbirlər keçirilir.
       Belə ki, 27 iyun 2024-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin, “Dendrologiya Bağı” publik hüquqi şəxsin və Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekoloji tarazlığın qorunması və bərpası” mövzusunda elmi-praktiki konfrans keçirilib.
       Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, AMEA-nın Biologiya Tibb elmləri bölməsinin vitse-prezidenti professor İradə Hüseynova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Elşad Qurbanov, “Abşeron” Təcrübə Stansiyasının direktoru, professor Cəbrayıl Ağayev, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Samirə Bağırova, Nəbatat Bağının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
       Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
       Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qonaqları salamlayaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsi olduğunu qeyd edib. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görüldüyünü, eyni zamanda ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramların uğurla yerinə yetirildiyini vurğulayan E.Salahov, ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırda bu sahədə ardıcıl quruculuq işlərinin davam etdirildiyindən, beynəlxalq ekoloji proqramların həyata keçirilməsindən, təbii sərvətlərin bərpasının təmin və mühafizə edilməsindən, milli parkların və ekoloji şəbəkənin yaradılmasından danışıb.
       Tədbirdə çıxış edən Namiq Əhmədov, İradə Hüseynova, Səyyarə İbadullayeva, Elşad Qurbanov və Cəbrayıl Ağayev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının, eyni zamanda "COP29” tədbirinə məhz ölkəmizin ev sahibliyi etməsinin əhəmiyyətində danışaraq, dünyada baş verən iqlim dəyişikliklərinin ölkəmizdən də yan keçmədiyini, yaranmış ekoloji problemlərin həlli istiqamətində atılan mühüm əməli addımlar və əldə olunacaq nəticələ barədə məlumat veriblər.
       Çıxışlardan sonra konfrans iştirakçıları arasında mövzu ətrafında maraqlı diskusiya aparılıb.

Əbdülqəni Hüseynov











Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar