Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərlə görüşdü - Fotolar

Baxılıb: 1 560     Tarix: 20-07-2024 12:33   

Yasamal rayonunda sakinlər üçün iyul ayı üzrə növbəti səyyar qəbul keçirilib.
Qanunvehedef.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 31 nömrəli tam orta məktəbin akt zalında baş tutub.
Tədbirdə, həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.
Yasamal rayonunun sakinləri məşğulluq, qəzalı evlərin təmiri, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzil növbəsi və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib.
İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar veriib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.

Əbdülqəni Hüseynov





Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking