Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ƏMDK məmurları dövləti talançıya şərik ediblər

Baxılıb: 679     Tarix: 22-07-2024 11:31   
 

 “Bir gözünüz “Mülkiyyət” qəzetində olsun ki, dövlət sizdən xəbərsiz əmlakınızı hərraca çıxaranda xəbər tutasınız”
***
Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən “Müəllimlər” Mənzil-Tikinti Kooperativinə məxsus 98 saylı binanın sakinləri Neymatova Zarema Əjdərovna, Adilov Emin İbrahimxəlil oğlu, Dəmirova Elmira Paşayevna, Lətifov Rasim Mahmud oğlu, Musaxanov Rüfət Ağamurad oğlu, Abdullayev Tofiq Sadıq oğlu, İmanov Neman İmanverdi oğlu, Mirzəliyev Xaqani Mirzəli oğlu və digərləri “Qanun və Hədəf” qəzeti redaksiyasına yazılı müraciət edərək, mülkiyyət hüquqlarının kooperativə sədrlik etmiş şəxs və onunla əlbir olan məmurlar tərəfindən pozulduğunu bildirmiş, məsələnin mediada ictimailəşdirilməsini xahiş etmişlər.
Bildirirlər ki, üzv olduqları “Müəllimlər” Mənzil – Tikinti Kooperativi 1960-cı ildə yaradılıb və pay sahibləri tərəfindən binanın tikilməsi üçün sərmayə qoyulub. Burada 0.65 ha həyətin ümumi sahəsində, beşmərtəbəli, beş bloklu, 60 mənzilli olan bina, zirzəmi və 188,3 kv.m sahəsi olan yarımzirzəmisi və s. pay sahiblərinin sərmayəsi hesabına inşa edilib. Bina 1965-ci ildə istismara verilib. Binanın yarızirzəmisi icarəyə verilib və alınan vəsait həyətin təmizlik işlərinə, xadimə xidmətlərinə, kooperativin mühasibi və kooperativ sədrinə əmək haqqı ödəmək üçün xərclənirdi.
2002-ci ildə binanın sakini Ramazanov Səfər Müslüm oğlu MTK-nın sədr vəzifəsini ələ keçirdikdən sonra əvvəllər icarəyə verilən yarımzirzəmini öz şəxsi ofisinə çevirərək MTK-nı icarədən gələn vəsaitdən məhrum edib. Ramazanov Səfər Müslüm oğlu 2004-cü ildə həyətin ümumi sahəsinin 0,40 ha-nı pay sahiblərinin xəbəri və razılığı olmadan öz şəxsi mülkü kimi qeyri-qanuni şəkildə «Baku Clock Tover» şirkətinə külli miqdarda pul müqabilində satıb. Həmin sahədə adı çəkilən şirkət bina inşa edib. Bundan başqa, Ramazanov Səfər Müslüm oğlu həyətdə uşaqlar üçün yaradılan guşəni zəncirlə ayıraraq şəxsi avtomobilləri üçün parkinq kimi istifadə edib. Sakinlərin uzun müddət şikayətlərinə baxılmayıb və heç bir tədbir görülməyib. 2017-ci ildə məlum olub ki, pay sahiblərinin ümumi istifadəsində olan 188,3 kv.m sahəsi olan yarımzirzəmi saxta sənədlərlə sədrin oğlu Ramazanov Böyükağa Səfər oğlunun adına keçirilib. Ramazanov Səfər zirzəmini hərracda 35 min manata aldığını deyib, lakin sonradan məlum olub ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri ilə anlaşaraq dövlət sahəsi adı ilə həmin zirzəmini hərraca çıxarıb, özü də hərracı udub.
Bütün bunlardan sonra kooperativ üzvləri iclas keçirərək Ramazanov Səfəri səsvermə ilə tutduğu vəzifədən azad ediblər. Sənədlərin və binaya aid möhürün təhvil-təslim zamanı məlum olub ki, binaya və ümumi sahəyə aid olan texniki pasport və kooperativin nizamnaməsi guya itirilib. Eyni zamanda təhvil alınan möhür «Müəllimlər» MTK-nın möhürü yox, «Müəllim» mənzil istismar kooperativ möhürü kimi qeyd olunmuşdur.
Həmin məsələdən ilk əvvəl Nəsimi rayon prokurorluğuna, Bakı şəhər prokurorluğuna şikayət verilib. Lakin cinayət təqibi orqanları mübahisəni yalnız mülki iş kimi qiymətləndirib, məhkəmə müstəvisində baxılmasını tövsiyə etməklə kifayətlənib.
2018-ci ilin oktyabrında sakinlərin Nəsimi rayon məhkəməsinə iddia ərizəsi üzrə işə baxılıb. İddia nədənsə məhkəmə tərəfindən ədalətlə araşdırılmayıb və iddia ərizəsi rədd edilib.
Birinci instansiya olan Nəsimi rayon məhkəməsi cavabdehlər – “Müəllimlər” MTK-ya, Ramazanov Böyükağa Səfər oğluna, Ramazanov Səfər Müslüm oğluna, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” iddiaçıların tələbinə dair mülki iş üzrə 2(006)-6007/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsini çıxararkən nəzərə almayıb ki, zirzəmi kooperativ binanın tərkib hissəsidir və kooperativə məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin hansı əsasla dövlət mülkiyyətinə keçirilməsi araşdırılmayıb, bu barədə məhkəməyə vəsatət verilsə də, məhkəmə bu məsələnin araşdırılmasında maraqlı olmayıb.
Kooperativ üzvlərinin kooperativin nizamnaməsini arxivdən əldə etmək məqsədilə müxtəlif sorğuları cavabsız qalmış, məhkəmə isə yenə də bu məsələni araşdırmaq istəməmişdir. Sonradan onların çoxsaylı müraciət və səylərinin nəticəsi olaraq kooperativin tikintisinə torpaq sahəsinin ayrılmasına dair 12 yanvar 1963-cü il tarixli qərardan çıxarışı və tikinti pasportunun surətini arxivdən əldə etməyə nail olsalar da, lakin həmin vaxt artıq iş üzrə qətnamə elan edilmişdi.
Yeri gəlmişkən, “Müəllimlər” kooperativinin üzvlərinə onun əmlakının hərraca çıxarılması barədə heç bir bildiriş verilməyib, hər hansı formada razılıq alınmayıb. Yalnız Səfər Ramazanov istisna edilib, iş yalnız onunla görülüb. ƏMDK “Müəllimlər” Kooperativinə məxsus əmlakı Kooperativin digər üzvlərinə məlumat vermədən Böyük Ağa Ramazanova satıb. Kooperativin ümumi paylı mülkiyyət əsasında mülkiyyətçilərə məxsus əmlakını qeyri-qanuni hərraca çıxarıb. Səfər Ramazanov isə bilə-bilə həmin əmlakı əsassız varlanma, gəlir əldə etmək məqsədilə, kooperativin sədri vəzifəsini icra etməsindən və möhürün onda olmasından istifadə edərək almış və oğlu Böyük Ağa Ramazanovun adına rəsmiləşdirmişdir.
Kooperativ üzvləri Nəsimi rayon məhkəməsinin araşdırmadığı bu sadalanan halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verdikləri birinci apellyasiya şikayətində qeyd edərək, rayon məhkəməsinin 28 dekabr 2018-ci il tarixli 2(006)-6007/2018 saylı qətnaməsinin qanunsuz və əsassız hesab etdikləri üçün ləğv edilməsini və iddialarının təmin edilərək, alqı-satqının etibarsız hesab edilməsi və Səfər Ramazanovun adına verilmiş çıxarışın ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş ediblər.    
Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin məlum  qətnaməsini ləğv edib, amma eyni zamanda iddiaçıların MTK-ya, Ramazanovlara və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması barədə iddiasını da təmin etməyib. Apellyasiya məhkəməsi hesab edib ki, cavabdeh tərəflərdən biri kimi ƏMDK deyil, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi olmalı imiş, iddiaya cavab verməli olan bütün şəxslər (o cümlədən, ƏMDK yanında Auksion Mərkəzi-red.) cavabdeh qismində cəlb edilmədiyindən, apellyasiya şikayətində göstərilən digər dəlillərin yoxlanılmasına lüzum yoxdur.
Sakinlər həmin mərhələdə Nəsimi rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə kifayətlənib apellyasiya qətnaməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına şikayət verməyiblər. Nəsimi rayon məhkəməsinə etdikləri ikinci müraciətdə ƏMDK-nin özünü də, iki qurumunu (ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsini və ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzini – red.) da cavabdeh kimi göstəriblər. Buna baxmayaraq, Nəsimi rayon məhkəməsi işi ədalətli araşdırmaq əvəzinə, ƏMDK-nın “Mülkiyyət” qəzetində verilmiş hərrac elanında sözügedən əmlakların balans saxlayıcısı kimi Bakı şəhər İcra Hakimiyyətinin, İcra Hakimiyyəti Başçısı aparatı MKTD və Nəsimi rayon MKTB olduğu barədə qeydlərə istunad edib. Halbuki, məhkəmədə nəzərdən keçirilmiş iş materiallarında olan Nəsimi rayon MKTB-nin 04.06.2019-cu il tarixli 0/273 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi-98 saylı bina “Müəllimlər” MTK-ya məxsusdur və həmin bina Nəsimi rayon MKTB-nin balansında deyildir. Nədənsə, məhkəmə bu xüsusatın üzərində dayanmayıb. Əvəzində MTK barədə Ədliyyə Nazirliyində və Vergi orqanlarında məlumatların olmamasını qabardıb.
Məhkəmə iclaslarında kooperativ üzvləri tərəfindən dəfələrlə vəsatətlər qaldırılmışdır ki, sözügedən sahələrin dövlət əmlakı olması barədə registrə qeydə almağa əsas olan sənədlər məhkəməyə təqdim edilsin. Lakin cavabdehlər bu sənədləri məhkəməyə təqdim etməyiblər.
Sonucda Nəsimi rayon məhkəməsi özünün 28.11.2019-cu il tarixli 2(006)-5242/2019 saylı qətnaməsi ilə tələbə dair iddianı yenə rədd edib.
Lakin kooperativ üzvlərinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ikinci müraciəti həmin vaxt üçün gözlədikləri nəticəni verib. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayıb. Kollegiya apellyasiya şikayətini təmin etmiş, Nəsimi Rayon məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(006)-5452/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, ƏMDK ilə Ramazanov Böyük Ağa Səfər oğlu arasında bağlanmış 29.11.2017-ci il tarixli 3739 saylı müəssisənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə 10.11.2020-ci il tarixli 2(103)-3592/2020 saylı qətnamə qəbul etmişdir.
Qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən AR Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verib. Kooperativ üzvləri hesab edirmişlər ki, apellyasiya instansiyasında aşkar məğlubiyyətdən sonra Ramazanovların haqsız mövqeyini müdafiə etmək fikrinə düşəcək hər hansı bir hakimin əlində istifadə edəcəyi artıq heç nə qalmayıb: “Həqiqətən də biz 2021-ci ildə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 98 ünvanda yerləşən, sahəsi 188,3 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh Dövlət Əmlak Komitəsi ilə üçüncü şəxs arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, üçüncü şəxsin adına Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 98 ünvanda yerləşən, sahəsi 188,3 kv.m olan qeyri-yaşayış sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etdik və iddiamız təmin olundu. Bundan sonra cavabdeh ƏMDX Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verdi. Bu mərhələdə bizim uduzmağımız üçün bütün mümkün olan və mümkün olmayan maneələr qarşımıza qoyuldu: “İnzibati iddiaların verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüsünüz”; “Kooperativin üzvü olmanız halı öz təsdiqini tapsa belə, məhkəmədə ayrıca iddia qaldırmaq hüququnuz Kooperativlərin Nümunəvi Nizamnaməsində müəyyən edilməyib, statusunuz yoxdur”, “Hansı səlahiyyətlə kimi və kimləri təmsil etdiyiniz aydın deyil” və s. Beləliklə, ƏMDK-nin apellyasiya şikayəti təmin edildi, Bakı İnzibati Məhkəməsinin 25.04.2022-ci il tarixli qərarı ləğv edildi, bizim tələblərimizə dair iddialarımız mümkün sayılmadı.
Deyək ki, “Müəllim” MT kooperativinin nizamnaməsi itib, yaxud, itirilib və bu təqdirdə Azərbaycan SSR Nazirlər Sovetinin 03.06.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil tikinti kooperativinin Nümunəvi Nizamnamə”si əsas götürülür. Bəs elə isə, bizim (kooperativ üzvlərinin) vaxtilə binada yarımzirzəmi inşa olunmasına razılıq verdiyimizi təsdiqləyən sənəd hardadır?
Sual olunur: Tutaq ki, yarımzirzəminin dövlət mülkiyyəti kimi hərraca çıxarılması qanunidir. Belə olan halda niyə o hərracdan kooperativ üzvləri deyil, yalnız kooperativin sədri xəbər tutur, məhz sədrin oğlu da hərracdan qalib çıxır? Bu fakt özü korruptiv sövdələşmənin sübütü deyilmi? O sədr ki, kooperativin möhürünü və vacib sənədlərini üzvlərdən gizlədib. Əgər vicdanlı qonşu olsaydı, hətta dövlət əmlakı kimi hərraca çıxarılması qanuni sayılsa da belə yarımzirzəmini öz oğluna deyil, sədri olduğu kooperativ üçün almağa çalışardı, elə kooperativ üzvlərinin pulu ilə. ƏMDK mənsubları da məsələyə vicdanlı yanaşsaydılar, yarımzirzəminin əvvəlki istifadəçilərinə hərracda üstünlük şansı tanıyardılar, təkcə Ramazanovlara yox.  
Müxtəlif mənalara yozula bilən “normativ aktlardan” daha əvvəl biz Azərbaycan vətəndaşlarının Konstitusiyada təsbit olunmuş təməl mülkiyyət hüququmuz var. Belə çıxır ki, hər hansı əmlakı olan vətəndaş gününü “Mülkiyyət” qəzetini izləməkdə keçirməlidir ki, görsün birdən dövlət onun əmlakını hərraca çıxarar, xəbəri olmaz”.
Yeri gəlmişkən, ata – oğul Ramazanovlar və onların ortaqları kooperativ üzvlərinin monolit birliyini pozmaq üçün əllərindən gələni etmişlər. Onların sırasından ən fəallarını ələ almaqdan tutmuş, məmur ortaqları, məhkəmə hakimləri tərəfindən təzyiq göstərməyə qədər çirkin vasitələrə əl atmışlar. Belə ki, kooperativ üzvlərindən biri də adı bir çox korrupsiya qalmaqallarında hallanan, 200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva olmuşdur. Binanın sakinləri bildirirlər ki, digər kooperativ üzvlərindən fərqli olaraq qadın vəkilin maraqları təmin olunduğuna görə, o, qonşularına arxa çevirərək, Ramazanovlara hüquq xidməti göstərmişdir.  
Kooperativ üzvləri onların “Müəllim” MTK-nı məhkəmədə təmsil etmək hüquqlarının tanınmasına, ƏMDK və ata-oğul Ramazanovlara qarşı tələb irəli sürmək üçün iddialarının mümkün sayılmasına köməklik göstərilməsini xahiş edirlər.
 
Pünhan ŞÜKÜRшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar