Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Akademik Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına kim çalışır?

Baxılıb: 689     Tarix: 22-07-2024 12:39   

Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Akif Əlimirzə oğlu Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib.
"Trend"in əldə etdiyi məlumata görə, işin hallarından görünür ki, akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Mahir Nurhüseyn oğlu Zeynalovun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə Akif Əlimirzə oğlu Bağırova külli miqdarda pul vəsaiti göndərilib.
Akif Bağırov bu istiqamətdə yollar axtarmaq üçün həmin vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan Respublikası vətəndaşına verib və bu vəsaitlər Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Akif Bağırov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qanunvehedef.azшаблоны для dle 11.2