Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

İlham Əliyev fərman imzaladı

Baxılıb: 688     Tarix: 02-08-2024 13:51   

Prezident İlham Əliyev “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Qanunvehedef.az fərmanın mətnini təqdim edir:
1. “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi” (bundan sonra – Nümunəvi Əsasnamə) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Nümunəvi Əsasnamənin 12.1-ci bəndinə uyğun olaraq turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydalarını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi:
3.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Nümunəvi Əsasnamənin 5.2-ci, 5.4-cü bəndlərində, 7.2.5-ci və 7.2.6-cı yarımbəndlərində, eləcə də 10.2-ci, 12.3-cü və 12.10-cu bəndlərində nəzərdə tutulmuş normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 236 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli 99 nömrəli Fərmanı) 1-ci hissəsinin birinci abzasının birinci cümləsinə “aqroparklar” sözündən sonra “, həmçinin turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
5. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 168 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli 99 nömrəli Fərmanı) 2.4-cü bəndinə “aqroparklar” sözündən sonra “, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
6. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 158 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli 99 nömrəli Fərmanı) 1-ci hissəsinin dördüncü, on üçüncü və on beşinci abzaslarına “aqroparklar” sözündən sonra “, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 577 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 may tarixli 77 nömrəli və 12 iyun tarixli 99 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 1-ci hissəsinə “aqroparklar” sözündən sonra “, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
8. “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 491 (Cild I) 1-ci hissəsi ləğv edilsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 499 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli 99 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.1-ci bəndinə “aqroparklar” sözündən sonra “, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
10. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847 (Cild I) 4.7-1.2-ci yarımbəndinə “ərazilərində” sözündən sonra “və turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərində” sözləri əlavə edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 67 (Cild I) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5-1-ci hissəsindən “turizm və rekreasiya zonalarının baş inkişaf planlarına,” sözləri çıxarılsın və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Həmin iqtisadi fəaliyyət turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərində həyata keçirildiyi halda, belə rəyin alınması tələb olunmur.”.
12. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“1.1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (bundan sonra – Agentlik) turizm, o cümlədən turizm və rekreasiya zonalarının fəaliyyəti və tabeliyindəki dövlət qoruqlarının (bundan sonra – Qoruqlar) ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”.
13. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 may tarixli 77 nömrəli, 12 iyun tarixli 99 nömrəli, 16 iyul tarixli 147 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci yarımbəndinə “aqroparklar” sözündən sonra “, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
14. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492 (Cild I) 4.6-cı bəndi ləğv edilsin.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar