Xəbər lenti
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəzər rayonda növbəti genişmiqyaslı ümumrayon iməciliyi keçirilib

Baxılıb: 1 306     Tarix: 12-08-2024 12:52   

Son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə, yol kənarlarında, həyət və məhəllələrdə yaranmış tozun təmizlənməsi, şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər iməciliyinin keçirilməsi ilə əlaqədar verilmiş tapşırığa uyğun olaraq avqust ayının 10-da Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı iməcilik keçirilib.
   Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları və sahibkarlıq subyektləri iştirak edib.
   İməcilik zamanı parklar və istirahət güşələrində, prospekt və küçələrdə səki kənarlarının, bordür və işıq dirəklərinin, məhəccərlərin, köşk və dayanacaqların, məişət tullantılarının atıldığı konteyner və meydançaların ətrafının, həmçinin mərkəzi küçə və prospektlərin xüsusi texnika ilə yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb və toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
   Həmçinin sahibkar və özəl sektorda çalışanlar da iməcliyə fəal qoşularaq, onlara məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman işlərinin görülməsi istiqamətində müvafiq tədbirlər görüblər.
    Qeyd edək ki, növbəti həftələrdə də genişmiqyaslı iməciliklərin keçirilməsi nəzərdə tutulub.

Əbdülqəni Hüseynov














Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar