Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qarabağ” heç də zəif deyildi” - “Dinamo”nun baş məşqçisi

Baxılıb: 632     Tarix: 21-08-2024 10:15   

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Sergey Yakiroviç “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.
Qanunvehedef.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Qarşılaşmanı yüksək səviyyədə keçirdik. Lakin rəqibimiz heç də zəif deyildi. “Qarabağ”la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı. Biz hesabda 1:0 öndə olarkən rəqib üstünlüyü ələ almışdı. Rəqib komanda imkan tapanda çox yaxşı oyun sərgiləyir. 60-cı dəqiqəyə qədər müdafiədə boşluqlar verirdik. Lakin sonradan ərazi üstünlüyü yenidən bizə keçdi. Hətta, qarşılaşmanın son anlarında bir neçə dəfə qol imkanını boşa verdik”.
Qeyd edək ki, “Qarabağ” və “Dinamo” arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qanunvehedef.azшаблоны для dle 11.2