Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bakıdakı Anadolu liseyindən Azərbaycan dilinə hörmətsizlik

Baxılıb: 1 763     Tarix: 21-08-2024 14:02   
 
Bakı Türk Anadolu Liseyində Azərbaycan dilinin tədrisinin dayandırılması ilə bağlı iddialar yayılıb.
Bu barədə övladı həmin tədris müəssisəsində oxuyan valideynlər bildiriblər.
Valideynlərin sözlərinə görə, artıq bununla bağlı liseydə çalışan Azərbaycan dili müəllimləri işdən çıxarılıb. Onlara növbəti tədris ilindən liseydə çalışmayacaqları bildirilib.
Məsələ ilə əlaqədar Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmazın açıqlaması da  mətbuata yaılıb. Liseyin rəhbəri açıqlamasında Azərbaycan və Türkiyə arasında əldə olunan müqaviləyə uyğun olaraq Azərbaycan dilinin tədrisinin yalnız 9-11-ci siniflərdə saxlanıldığını söyləyib: “Liseyimiz 1992-ci ildən fəaliyyət göstərir. Həmin vaxtdan iki ölkə arasında imzalanan müqaviləyə əsasən, tədris planında Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənlərinin azərbaycanlı müəllimlər tərəfindən yalnız lise bölümündə (9-11-ci sinifləri əhatə edir) tədrisi nəzərdə tutulub. Hazırda həmin bölümdə bu dərslər heç bir problem olmalət" dan davam edir. Bir müddət qeyri-qanuni olaraq ilk okul və orta okul bölümümüzdə (9-cu sinfə qədər) əsasnamədə nəzərdə tutulmayan halda sözügedən fənlər keçilirdi. Biz bu il həmin fənləri tədris edən müəllimlərimizə təşəkkür etdik, onların müqaviləsi bitmişdi və həmin müqaviləni uzatmadıq. Rəsmiyyətdə var olan Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası fənləri tədrisi davam etdirilir. Biz iki dövlət arasında imzalanan müqavilədə nə nəzərdə tutulubsa, onu əsas tuturuq”.
Məlumatlarda qeyd olunur ki, bundan əvvəl də liseydə oxuyan azərbaycanlı şagirdlərin təhsil müəssisəsindən kütləvi şəkildə çıxarılacağı, qəbul imtahanında azərbaycanlı və türkiyəli şagirdlər arasında keçid balında fərq qoyulması ilə bağlı iddialar ayılmışdı. Məktəb rəhbərliyi isə yayılan iddianın əsassız olduğunu açıqlamışdı.
Haqlı suallar ortaya çıxır: Lisey direktorunun haqqında söz etdiyi müqavilədə Əsasnamədə nəzərdə tutulmayan istisna hallar nəzərdə tutulubmu? Tutulubsa, niyə məhz indi azərbaycanlı müəllimlərin müqavilələrinin vaxtının uzadılmamasına qərar verilir? Nə baş verib? Bəlkə azərbaycanlı müəllimlərə verməyə pulları yoxdur, başqa mənbə axtaraq? Belə qərarlar "Bir millət, iki dövlət!" şüarının ruhuna ziddir. Hətta Anadolu türkcəsi ortaq Turan dili seçilsə də belə, Azərbaycan türkcəsi "ayağa verilməməlidir".


Əbdülqəni Hüseynov
"Qanun və Hədəf"

 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar