Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sahib Məmmədov (AHİK) sədri seçilib.

Baxılıb: 963     Tarix: 26-08-2024 12:54   

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı məsələ AHİK-in avqustun 26-da keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib.
Xatırladaq ki, Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər.
Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.

Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar