Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Səbinə Gözəlova: Valideynlərə demişik ki, Şuşa məktəbində yerdəyişmə sistemi açıqdır.

Baxılıb: 2 115     Tarix: 29-08-2024 15:23   

 Birinci mərhələdə gözlədiyimiz şagird sayı 259 nəfər olacaq. 
Məktəbimiz bütün inventarlarla təchiz olunub.
Qanunvehedef.az xəbər verir ki, bunu Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova deyib.
O bildirib ki, dərs cədvəlləri artıq hazırdır:
“Valideynlərə məlumat verməyə başlamışıq. Şagirdlər dərsliklərlə təmin olunacaq. Məktəbimiz tədrisə başlamaq üçün tam hazırdır. Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin binası işğal dövründə tamamilə məhv edilmişdi. Prezident İlham Əliyevin sərəncamı ilə yenidən inşa edildi”.
Direktor əlavə edib ki, 960 şagird yerlik üçmərtəbəli bina 5 blokdan ibarətdir:
“Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb”.

Əbdülqəni Hüseynovшаблоны для dle 11.2