Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ceyhun Bayramov: Ermənistan bir neçə önəmli məqamı mətndən çıxarıb

Baxılıb: 1 947     Tarix: 02-09-2024 14:37   

“Ermənistanın Baş naziri Nikol Paşinyanın son mətbuat konfransında təzadlı fikirlər eşitdik”.
Qanunvehedef.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan sülh sazişi üzrə öz növbəti versiyasını 24 iyunda qarşı tərəfə təqdim edib:
“Bundan təxminən 70 gün sonra, mətbuat konfransından saatlar əvvəl Ermənistan öz versiyasını göndərib. Burada bir neçə önəmli məqamın mətndən çıxarıldığını gördük. Yanaşmamız ondan ibarətdir ki, bu saziş və orada qeyd olunan hər maddənin çox böyük mənası var və taleyüklü məsələlərdir.
Tövsiyəmiz Ermənistanın bu məsələlərə ciddi yanaşması olardı. Azərbaycan yaxın zamanlarda ölkəmizin milli maraqlarına cavab verən öz versiyasını Ermənistana təqdim edəcək. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Ermənistan baş nazirinin mətbuat konfransında konstitusiya mövzusunda hansısa paralellik aparması cəhdləri də tamamilə əsassız və qəbuledilməzdir”.

Əbdülqəni Hüseynov




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar