Xəbər lenti
10/10/2024 [13:17]
Sabah yağış yağacaq
Arxiv
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Vladimir Putin Əliyevdən İrəvana təzyiqləri azaltmağı istəyib - KİV

Baxılıb: 811     Tarix: 05-09-2024 13:25   

Ermənistan Baş naziri Nikol Paşinyan “Ana Rusun qoynuna” azğın oğul kimi qayıdır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Qəzet Paşinyanın Rusiyaya meyillənməsinin açıq şəkildə sezildiyini bildirib:
“Paşinyan dar dairələrdədə payızda sürprizlər ola biləcəyini deyib. Avqustun 31-də keçirilən mətbuat konfransında Rusiyaya baş əyməyin ilk işarəsi hiss olundu. Dünən də məlum oldu ki, Ermənistan qeyri-rəsmi olaraq BRİKS və MDB sammitlərində iştirak edəcək. Bəziləri Nikol Paşinyanın ritorikasını dəyişməsinin səbəbini avqustun 23-də Rusiya Prezidenti Vladimir Putinlə baş tutan son telefon danışığında görür. Bundan 4 gün sonra Putin Azərbaycan Prezidenti İlham Əliyevlə də danışıb və bir gün sonra iki ay uzanan delimitasiya Əsasnaməsi imzalanıb”.
Nəşrin yazdığına görə, Paşinyanın mövqeyini dəyişməsi Bakı ilə də bağlı ola bilər:
“Bəzi mənbələrə görə, Putin Əliyevdən Ermənistana təzyiqləri azaltmağı xahiş edib. Bəlkə də buna görə Rusiyanın MDB və KTMT platformalarını boykot edən Paşinyan indi iştirak etmək qərarına gəlib. Dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, o, İrəvanın KTMT-nin fəaliyyətində tam iştirakının bərpasını gözləyir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar