Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sergey Kopırkin: Moskva Bakı və İrəvan arasında bu rolundan imtina etməyib

Baxılıb: 918     Tarix: 05-09-2024 14:25   

Moskva Bakı ilə İrəvan arasında danışıqlar prosesində “vicdanlı broker” rolundan heç vaxt imtina etməyib.
Qanunvehedef.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
Onun sözlərinə görə, Rusiya liderinin Ermənistan və Azərbaycan rəhbərliyi ilə son təmasları Moskvanın sülh prosesinə sadiqliyini təsdiqləyir:
“Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin başçılıq etdiyi üçtərəfli işçi qrupunun tam tərkibdə işi mümkün qədər tez bərpa edilməlidir”.
Səfir Ermənistanın KTMT-də tam iştirakının bu ölkənin maraqlarına cavab verdiyini deyib:
“2022-ci ilin sentyabrında İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə bir sıra tədbirlər həyata keçirməyə razılaşsaydı, bir çox risklər azaldıla bilərdi. Sərhəddə yerləşən AB-nin Ermənistandakı missiyası ölkəni qorumur, kəşfiyyat məlumatları toplayır”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar