Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Baxılıb: 964     Tarix: 06-09-2024 11:17   

Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.
AZƏRTAC xəbər verir ki, "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.
"Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.
"Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu"nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə etdilər.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar