Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Müdafiə Naziri Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Baxılıb: 535     Tarix: 09-09-2024 10:46   

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, başsağlığında deyilir:
“Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır.
Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar