Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əmrullayev irad bildirdi, direktorlar qəbul günlərini açıqladı

Baxılıb: 1 568     Tarix: 12-09-2024 16:11   
 
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında bəzi məktəb direktorlarının qəbuluna düşməyin nazirin qəbuluna düşməkdən çətin olduğunu açıqlamışdı
Nazir bildirmişdi ki, məktəb direktorları, valideynlərlə görüşməli, onlara lazım olan mesajları çatdırmalıdırlar.
Qanunvehedef.az xəbər verir ki, nazirin xəbərdarlığından sonra artıq bəzi məktəb direktorları vətəndaş qəbuluna daha həssas yanaşmağa başlayıblar.
Sumqayıt, Gəncə və digər şəhər və rayonlarda məktəblərin sosial şəbəkə hesablarında direktorların qəbulu üçün xüsusi gün və saatlar ayrılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxt məktəblərində vətəndaş qəbulu hər zaman diqqətdə saxlanılan məsələlərdən biridir: “Bakıda hər bir məktəbdə konkret olaraq vətəndaş qəbulu qrafiki əvvəldən mövcud olub. Məktəb direktorları iş günlərində qrafikə uyğun olaraq qəbul keçirirlər. Həmçinin qrafikdənkənar da qəbullar həyata keçirilir.
Bu məsələ ilə bağlı BŞTİ tərəfindən bir daha təhsil müəssisələrinin rəhbərlərinə aidiyyəti göstərişlər verilib. Vətəndaş məmnuniyyətinin təmin olunmasına daha həssas münasibətin göstərilməsi və vətəndaş məmnuniyyətinin təmin edilməsinin diqqət mərkəzində saxlanılması tapşırılıb”.

Əbdülqəni Hüseynovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar