Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Aleksandr Lukaşenko: “Ermənistanla əlaqələrin pisləşməsində günahkar biz deyilik”

Baxılıb: 968     Tarix: 12-09-2024 16:26   

Belarus Prezidenti Aleksandr Lukaşenko hazırda ölkəsi ilə Ermənistan arasında olan münasibətlərə toxunub.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, o bu barədə Belarusda yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə danışıb.
Onun sözlərinə görə, Ermənistanla Belarus arasında əvvəlki kimi mehriban münasibətlərin olmasının tərəfdarıdır: “İnanın ki, iki ölkə arasında münasibətlərin pisləşməsində bizim tamamilə günahımız yoxdur. Ermənilərə əlimizdən gələn yardımı göstərməyə çalışırdıq. Lakin onlar gördüyünüz kimi, Qərbə, Avropa İttifaqına yönəlmək istədilər”.
Xatırladaq ki, iyunun 13-ü Ermənistan Belarusdakı səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırdığını açıqlayıb. Bundan əvvəl isə, Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bəyan edib.
Buna cavab olaraq, Belarus da Ermənistandakı səfiri Aleksandr Konyukun yaxın zamanlarda Minskə geri çağırılacağını bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar