Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İradə Həsənzadə Dövlət Sosial Müdafiə Fondunundan narazıdır

Baxılıb: 1 707     Tarix: 16-09-2024 15:53   

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir il əvvəl təqaüdə çıxan hakimi İradə Həsənzadə pensiyasından narazıdır.
Qanunvehedef.az-ın əldə etdiyi məlumatına görə, keçmiş hakim pensiyasının yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
İddiaçı hesab edir ki, uzun illər hakimlik etsə də, pensiya təminatı zamanı bütün hallar düzgün nəzərə alınmayıb.
Şikayəti Bakı İnzibati Məhkəməsi icraata götürüb.
Qeyd edək ki, İradə Həsənzadə 7 il Xətai Rayon Məhkəməsinin sədri olub. O, 2011-ci ildən təqaüdə çıxana kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyib. Ötən il isə yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qəni Hüseynov



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar