Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Dmitri Peskov: Paşinyanla qəti şəkildə razılaşmırıq

Baxılıb: 962     Tarix: 18-09-2024 15:10   

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT-ni qiymətləndirməsi ilə qəti şəkildə razılaşmır, təşkilat respublikanın suverenliyinə heç bir təhlükə yaratmır.
Qanunvehedef.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Cənab Paşinyanla qəti şəkildə razılaşmamalıyıq. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur. Amma biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq”, - o bildirib.
Peskov bəyan edib ki, Rusiya Ermənistanla əlaqələri davam etdirir və etdirəcək:
“Ermənistanla əlaqələri davam etdiririk və etdirəcəyik. Təbii ki, Ermənistan bizim yaxın tərəfdaşımızdır”.
Qeyd edək ki, Nikol Paşinyan KTMT-ni Ermənistanın suverenliyinə təhdid adlandırıb və bir daha geri qayıtmamaq şərti ilə bu qurumda fəaliyyətlərini dondurduqlarını elan edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar