“Yaşıl Dünya Naminə Həmrəy Olaq!” şüarı ilə Şüvəlan çimərliyində ekoloji aksiya keçirilib
Baxılıb: 1 667 Tarix: 23-09-2024 13:59
Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində, Beynəlxalq Sahilyanı Təmizlik Günündə Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə GL Group-un və “ADA” Universitetinin dəstəyi ilə Şüvəlan qəsəbəsi Milqaya çimərliyində ekoloji aksiya keçirilib.
“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında keçirilən aksiyada Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov GL Group-un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov, İcraiyyə və Rəhbər Heyətinin üzvləri, Xəzər RİH-nin və GL Group-un əməkdaşları və “ADA” Universitetinin tələbələri iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin tullantılarla çirkləndirilməsinin qarşısının alınması, ətraf mühitin qorunması istiqamətində insanların maarifləndirilməsi, o cümlədən ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimayyətin rolunu artırmaq və bu sahədə ictimayyətlə əməkdaşlıği gücləndirməkdır.
100-dən çox könüllünün iştirakı ilə keçirilən aksiyada iki hektar sahillboyu ərazi məişət tullantılardan, politelen torbalardan təmizlənib.
Sonda sosial məsuliyyətlərini və ətraf mühitə qayğı istiqamətindəki səylərini qiymətləndirmək məqsədilə aksiya da iştirak edən könüllülərə sertifikatlar təqdim olunaraq təşəkkür edilib.
Qəni Hüseynov
Ən çox oxunanlar
Son xəbərlər