Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nigar Məmmədova deputat seçildiyi üçün vəzifəsindən çıxarıldı

Baxılıb: 1 505     Tarix: 24-09-2024 12:56   

Növbədənkənar parlament seçkilərində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindəki vəzifəsinə xitam verilib.
Qanunvehedef.az xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departmentinin müdiri Elvin İbrahimov faktı Modern.az-a təsdiqləyib.
“Qanunvericiliyə uyğun olaraq, Milli Məclisə növbədənkənar seçkilərin nəticəsi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mövcud səlahiyyətlərin icrasına xitam verilir və deputatlıq fəaliyyəti həyata keçirilir. Məlumat üçün bildiririk ki, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilməsi ilə əlaqədar olaraq, Nigar Məmmədovanın DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru kimi vəzifəsinin icrasına xitam verilib” , - o deyib.
N.Məmmədova 2023-cü ilin 1 sentyabr tarixindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışırdı.
O, parlamentə ilk dəfə seçilən deputatlardandır.
N.Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımıdır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar